Paşinyandan “Qarabağ klanı”na daha bir ZƏRBƏ

0
314675

Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyində ciddi kadr dəyişikliyi gözlənilir.

VOICEPRESS.AZ
Ermənistan KİV-nə istinadən xəbər verir ki, ordunun Baş Qərargah rəisi Artak Davtyan Baş inspektoru postuna keçəcək. Boş qalan Qərargah rəisi vəzifəsini isə 1-ci müavin Onik Qasparyan icra etməyə başlayacaq.

“Amma bu məsələdə bir problem var. Belə ki, Onik Qasparyan əslən, Paşinyanın da anadan olduğu İcevan şəhərindəndir. Bu təyinat onun “yerlibazlıq” niyyətini ortaya qoya bilər”- deyə mətbuat yazır.

Qasparyanın təcrübəli hərbçi kimi Nazirlikdə müxtəlif vəzifələr tutduğu məlumdur.

Baş inspektor postunu tərk edəcək general-leynenant Movses Akopyanın Qarabağ ermənisi olduğu məlumdur.


VOICEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here