Nəsib Məhəməliyev: “Patruşevin səfəri düşünmürəm ki, ayrı ayrı deputatların bəyanatları ilə hansısa formada əlaqəlidir”

0
314073

Nəsib Məhəməliyev: “Patruşevin səfəri düşünmürəm ki, ayrı ayrı deputatların bəyanatları ilə  hansısa formada əlaqəlidir”

“Parlament məzuniyyətdən sonra fəaliyyətə başlayıb”. Bunu VOİCEPRESS-ə açıqlamasında millət vəkili Nəsib Məhəməliyev parlamentarilərin güzyaşardıcı çalışma həvəslərinin sosial şəbəkələrdə nümayişkaranə şəkil almasının Rusiyanın məlum rəsmisinin Azərbaycana səfəri ilə əlaqəsinin olub olmaması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, parlamentin müxtəlif komitələrində iclaslar, görüşlər keçirilir, ayın 30-da Milli Məclis plenar iclasla payız sessiyasına başlayacaq:

“Rusiya təhlükəsizlik şurasının katibi Patruşevin səfərini nəzərdə tutursunuzsa, düşünmürəm ki, ayrı ayrı deputatların bəyanatları ilə hansısa formada əlaqəlidir. Mən ümumiyyətlə, həmkarlarımın səsləndirdikləri fikirləri şərh etmirəm. Hər bir insanın proseslərə fərqli baxışları ola bilər. Önəmlisi odur ki, fikirlər qanunvericiliyə uyğun olsun və cəmiyyətimizə xeyir gətirsin. Biz hüquqi dövlət qururuq və hər şey hüquq müstəvisində öz həllini tapmalıdır, deyə düşünürəm. Ələlxüsus, indiki zamanda milli birliyə, cəmiyyətin mütəşəkkil şəkildə dövlətçiliyimizi, sabitliyi dəstəkləməsi zəruridir”.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here