Moskvada iki sərnişin təyyarəsi toqquşub

0
313731

Moskvanın “Şeremetyevo” aeroportunda iki təyyarə toqquşub.
VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, hadisə uçuş-eniş zolağında baş verib. Qəzadan sonra sərnişinlər təxliyə ediliblər.

Məlumata görə, “Royal Flight” və “Aeroflot” aviaşirkətlərinə məxsus olan sərnişin təyyarələrinin qanadları toqquşub. Birinci təyyarə boş olub, digəri Pekinə olan reysi yerinə yetirmək üçün zolaqda hərəkət edirmiş. İnsident nəticəsində xəsarət alan olmayıb.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here