Millət vəkili diasporanın xüsusi konsepsiyaya ehtiyacı olmasından danışıb: “Hamı dövlətdən nəsə gözləyir…”

0
313654

  Millət vəkili diasporanın xüsusi konsepsiyaya ehtiyacı olmasından danışıb: “Hamı dövlətdən nəsə gözləyir…”

“Hamı dövlətdən nəsə gözləyir…”Bunu VOİCEPRESS-ə açıqlamasında millət vəkili Nəsib Məhəməliyev mövcud dəyərləndirmələrlə Diasporanın yeni fəaliyyət mexanizminə ehtiyacı varmı, sualını cavablandırırkən deyib.

Onun sözlərinə görə, ilk dəfə Azərbaycan diasporasının əsasını Ulu öndər Heydər Əliyev qoyub: “2001- ci ildə Bakıda ilk qurultay keçirildi. Diaspora üzrə dövlət komitəsi yaradıldı.Diaspora təşkilatlarının vahid mərkəzdən Kurasiya olunması normal haldır. Çünki, harada yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq, hər bir azərbaycanlı ümummilli məsələlərdə dövlətinin yanında olmalı, şəxsi ambisiyaları, inciklikləri kənara ataraq birləşməyi bacarmalıdır.Etiraf etmək lazımdır ki, əvvəllər bu sahədə müəyyən boşluqlar olmuşdur.

Son dövrlər mətbuatdan aldığımız informasiyalara görə komitə sədri Fuad Muradovun diaspora təşkilatlarının sağlamlaşması istiqamətində atdığı addımların şahidi olunur. Bu sahədə görülməli işlər hələ çoxdur. Çatışmayan cəhətlərdən biri odur ki, hamı dövlətdən nəsə gözləyir. Əksinə hamı fikirləşməlidir ki, mən dövlətim üçün nə etmişəm.

Hesab edirəm ki, yeni fəaliyyət mexanizminə ehtiyac var. İlk növbədə hər bir ölkədə vəya şəhərdə təşkilatın rəhbəri o ölkədə özünü təsdiq etmiş, hamının qəbul etdiyi nüfuzlu şəxs seçilməlidir. İkincisi ilin yekununda təşkilatların fəaliyyəti ilə bağlı hesabat yığıncaqları keçirilərək qiymətləndirilməli ve Azərbaycan telekanalları, mətbuatı vasitəsilə işıqlandırılmalıdır. Son olaraq isə, diasporaya ən perspektiv gəncləri cəlb etməklə, onların yerli ictimai-siyasi proseslərə intiqrasiyasını təmin etmək üçün xüsusi konsepsiya hazırlanmalıdır”.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here