İranda ilk dəfə turizm naziri təyin edilib

0
314168

Bu gün müasir İran tarixində ilk dəfə olaraq turizm naziri təyin edilib.
Prezident Həsən Ruhaninin təqdimatına əsasən İran İslam Şurası Məclisi (parlament) Əli Əsgər Munusanı Mədəni irs və turizm naziri təyin edib.

Qeyd edək ki, bu günə kimi İranda əl işləri sənayesi, milli irs və turizm üzrə ölkənin vitse-prezident vəzifəsi mövcud idi. Lakin Prezidentin islahatlarına əsasən, yeni nazirlik yaradılıb. Yeni nazirliyin yaradılmasında məqsəd İrana daha çox turistin cəlb edilməsi və bu yolla ölkəyə valyuta axınını təmin etməkdən ibarətdir.

Xatırladaq ki, bu gün İran parlamenti ölkənin yeni Təhsil nazirinin də təyinatını təsdiq edib. Bu vəzifəyə Prezident tərəfindən Möhsün Hacı Mirzayi təyin edilib. (AzərTAc)

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here