Gürcüstanda yenidən etirazlar başladı

0
313998

Gürcüstanın paytaxtı Tiflisdə, parlament binası önündə etiraz aksiyası başlayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, iştirakçılar daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edirlər.

Aksiyaya müxalif “Güc birlikdədir” birliyinin üzvləri və tərəfdarları da qatılacaq.

Qeyd edək ki, bu gün hakim Gürcü Arzusu Partiyası hökumət başçısı postuna G.Qaxarianın namizədliyini təqdim edib. Gürcüstan parlamentinin onun rəhbərlik edəcəyi hökumətə sentyabrın 8-də etimad göstərəcəyi gözlənilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here