Ermənistanda seçki saxtakarına vəzifə verilib

0
313704

Ermənistanda keçirilmiş parlament seçkiləri zamanı seçki saxtakarlıqları ilə məşhur olan Karapet Şahinyan Şenqavit bələdiyyəsində işçi heyətinin katibi təyin olunub.

VOICEPRESS.AZ
erməni KİV-lərinə istinadən xəbər verir ki, Şahinyan parlament seçkilərində Respublikaçılar partiyasının namizədi Samvel Aleksanyan üçün qanunsuz səs toplayıb. Malatiya rayonunda isə seçki qutularını topa bülletenlərlə doldurub.

Diqqəti çəkən digər məqam odur ki, bu təyinat haqqında bələdiyyənin saytında heç bir məlumat yoxdur. Buna qədər bütün inzibati rayonların işçi heyətlərinin rəhbər və katiblərinin adları saytda qeyd olunurdu. Şahinyanın isə nə adı, nə də şəkli göstərilib.


VOICEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here