Deputat: “Paşinyan Ermənistanı günü-gündən geriyə aparır”

0
313629

“Paşinyan həmişə olduğu kimi vaxtı-vaxtında xırda-xırda səslənmələri ilə gündəmə gəlir ki, ətrafı onu hakimiyyətdə olduğunu bilsinlər”.

VOCEPRESS.AZ-ın verdiyi xəbərər görə, bu sözləri Modern.az-a açıqlamasında deputat Eldəniz Səlimov deyib. O bildirib ki, işğalçılıq siyasətini davam etdirən Paşinyan hakimiyyəti çökmək ərəfəsindədir, iqtisadiyatı artıq tənəzzülə uğrayıb.

“Ölkədə yoxsulluq, acınacaqlı sosial-iqtisadi durumun həddindən artıq zəif olması ermənistanda sosial vəziyyəti daha da çətinləşdirib. Nikol Paşinyanın həyata keçirdiyi siyasət Ermənistanı günü-gündən geriyə aparır, mütəqilliyin itirilməsi təhlükəsi ilə üzləşir.

Deputat bildirib ki, Sosial problemlər artdıqca Ermənistanda etirazlar baş qaldırır.

“Bunların qarşısını qisməndə olsa almaq üçün Paşinyan məcburdur ki, sərsəm bəyanatlar versin, əhalinin diqqətini başqa istiqamətə yayındırsın. Paşinyanın bu cür işğalçılıq siyasətinin davam etdirilməsi hələ ki, havadarlarına söykəndiyini hiss etdirir. Zaman göstərir ki, ehtiyac olarsa yaxın vaxtlarda Güclü Azərbaycan ordusu öz sözünü deməklə Paşinyan arzularını qoymaq yer tapmayacaq. Dağlıq Qarabağ Azərbaycanın əzəli toraqlarıdır və olacaqdır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here