ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker sentyabrın 7-də Gürcüstana səfər edəcək.
VOICEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Sentyabrın 10-a qədər davam edəcək səfər çərçivəsində Departament nümayəndəsi Tbilisidə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
F.Riker həmçinin Gürcüstan hökumətinin rəsmiləri, parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşəcək.
VOICEPRESS.AZ