500 kişi “işgəncə evi”ndən xilas edildi: zəncirə vurulmuşdular

    27 Sentyabr, 14:30

    Nigeriyada bir binaya basqın edən polis bəzi qurbanların zəncirləndiyini görüb.

    VOİCEPRESS xarici KİV-lərə istinadən xəbər verir ki, Nigeriya polisi ölkənin şimalındakı Kaduna mahalında təxminən 500 kişinin saxlandıqları yerdən xilas edildiyini deyib.

    Kaduna Polis İdarəsinin rəisi Əli Janga binaya əməliyyat keçirərək tapdıqları şəxslərin bir hissəsinin zəncirlərdə saxlandığını gördüklərini söyləyib.

    Xilas olunanların bir qisminin başqa ölkələrdən gəldikləri, işgəncəyə, təcavüzə məruz qaldıqları və ac saxlandıqları bildirilir. Qurbanların binanı tərk etməsinə icazə verilməyib, hətta illərlə burada zorla saxlanan insanların olduğunu bildiriblər.

    Əli Janga ev dustaqlarının bəzilərinin yaralı olmalarına baxmayaraq, azad edildikləri üçün çox sevincli olduqlarını da vurğulayıb.

    Xilas olunanlar gecəni Kadunadakı bir stadionda keçiriblər. Aidiyyatı qurumlar bu şəxsləri ailələrinə qovuşdurmaq üçün çalışırlar.

    VOİCEPRESS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here