Yaşayış binasındakı partlayışda ölənlər 8-ə çatıb

0
313604

Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında qaz sızmasından baş vermiş partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

VOİCEPRESS.AZ “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5 nəfər yaralı xilas edilib. Onlardan biri azyaşlı uşaqdır. 37 nəfərin taleyi barədə hələ ki məlumat yoxdur.

Qeyd edək ki, hadisə yerinə gələn Rusiya Prezidenti Vladimir Putin xilasetmə işləri ilə bağlı tapşırıqlar verib.

Maqnitoqorsk şəhərinin yerləşdiyi Çelyabinsk vilayətində fövqəladə vəziyyət elan olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, hadisə 31 dekabrda gecə saat 4 radələrində baş verib. 2 yanvar tarixi Çelyabinsk vilayətində matəm günü elan olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here