Suriya Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Ər-Riyada səfər edib

0
313761

Suriya Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Əli Mamluk bugünlərdə Səudiyyə Ərəbistanına səfər edib.

VOİCEPRESS.AZ “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Livanın “Respublika” qəzeti yazıb.

Nəşrin yazdığına görə, Mamlukun səudiyyəli rəsmilər ilə danışıqlarının məqsədi Dəməşq ilə Ər-Riyad arasında yeni əlaqələr üçün bazanın yaradılması olub.

“Ər-Riyad ilə Bəşşar Əsəd rejiminin diplomatik əlaqələri bərpa etməsi yaxın gələcəyin məsələsidir. Səudiyyə Ərəbistanı son illərdəki Suriya siyasətini yenidən nəzərdən keçirməyə hazırlaşır”, – qəzet yazıb.

Eyni zamanda bir sıra ərəb nəşrləri Ər-Riyada səfəri zamanı Mamlukun vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşə biləcəyi ehtimalını da istisna etməyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here