“Sarı jiletlər”dən daha 18 nəfər tutuldu

0
314704

Fransanın paytaxtı Parisdə “sarı jiletlər” hərəkatının etiraz aksiyası zamanı 18 nəfər saxlanılıb. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Fransanın “BFM” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, Parisdə aksiyalarda 3,5 minə yaxın insan iştirak edib.

Daha əvvəl “Agence France-Presse” agentliyi” paytaxtda etiraz aksiyaları zamanı 103 nəfərin saxlanılması barədə məlumat yaymışdı. Lakin daha sonra məlumatın səhvən buraxıldığı bildirilmişdi.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat “sarı jiletlər” adlandırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here