Rusiyanı Ön Qafqazla birləşdirən Hərbi-Gürcüstan yolu bağlanıb

0
314783

Rusiyanı Ön Qafqazla birləşdirən Hərbi-Gürcüstan yolu Gürcüstana güclü qarın yağması səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Moskva vaxtı ilə 19:45-dən etibarən Hərbi-Gürcüstan yolu ilə hərəkət Gürcüstana yağan güclü qar səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb”, – deyə məlumatda bildirilir.

İdarə sözügedən istiqamətdə səfərə çıxmamağı tövsiyə edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here