Qazaxlarla ermənilər arasında kütləvi dava – 1 ölü, 3 yaralı

0
313993

Qazaxıstanın Karaqanda şəhərində ermənilərlə qazaxlar arasında dava-dalaş ölümlə nəticələnib.

VOİCEPRESS.AZ Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, hadisə yanvarın 2-nə keçən gecə Karaqandadakı “Qədim Roma” restoranında baş verib. 23 yaşlı gəncin qətlə yetirilməsi ilə nəticələnən davaya görə Toqrom Malxasyan, Soxak Malxasyan və Kair Nadırbekov saxlanılıb, qətli törədən Narek Qurquryan isə axtarışa verilib.

1 nəfərin öldüyü, daha 3 nəfərin isə müxtəlif dərəcədə yaralandığı olayı ermənilər törədiblər.

Hüquq-mühafizə orqanları Qazaxıstan Cinayət Məcəlləsinin 99-cu (qətl) və 293-cü (xuliqanlıq) maddələri ilə cinayət işi açıblar.

Hazırda istintaq aparılır.

Sosial şəbəkələrdə bu münaqişənin millətlərarası təməl üzərində qurulduğu qeyd edilir. Bildirilir ki, olay qazax və erməni milliyətindən olan iki qrup arasında baş verib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here