Maykl Pompeo: “ABŞ İŞİD-in 99 faizini məhv edib”

0
314197

ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının 99 faizini məhv edib.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Amerika xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Biz xilafətin 99%-ni məhv etdik… Hər bir xəbər materialı bununla başlamalıdır. Düzdür? Hamınız razısınız?” — deyə Pompeo bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərq regionunda apardığı kampaniya son dərəcə uğurludur.

Ötən il dekabrın 19-dan etibarən ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here