Lukaşenko Baltikyanı ölkələr vasitəsilə Belarusa neft tədarükünə başlanılmasına dair tapşırıq verib

0
314600

Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətə Baltikyanı ölkələrin limanları vasitəsilə ölkəyə neft tədarükünə başlanılmasına dair tapşırıq verib.

Bu barədə VOİCEPRESS.AZ “RİA Novosti”yə istinadən xəbər verir.

Belarus Prezidentinin sözlərinə görə, bu mövzuda Litva ilə razılaşmaq lazımdır.

Neft emalı Novopolotsk neft emalı zavodunda baş verəcək və Baltikyanı ölkələri təmin edəcək. O həmçinin qeyd edib ki, Baltikyanı ölkələr bu şəkildə tədarük edilən neftdən hazırlanmış neft məhsullarını indi aldıqları dünya qiymətlərindən daha ucuz qiymətə ala biləcəklər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here