İlin ilk Günəş tutulması baş verdi

0
313705

Yanvarın 6-da gecə Bakı vaxtı ilə saat 03:34-də 2019-cu ilin ilk Günəş tutulması başlayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, Günəşin qismən tutulması bu gün səhər saat 07:49-dək davam edib.

Bu təbiət hadisəsi Şimal-Şərqi Asiyada, Sakit okeanın şimal hissəsində – Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdə müşahidə olunub.

Bundan əvvəlki Günəş tutulması 2018-ci il avqustun 11-də qeydə alınıb.

Bu il daha iki Günəş tutulması hadisəsi baş verəcək. Növbəti Günəş tutulması (tam tutulma) 2019-cu il iyulun 2-3-də, üçüncüsü isə (halqavarı tutulma) dekabrın 26-da olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here