Çində kömür mədənində dağıntılar altında qalmış 21 şaxtaçı ölüb

0
314019

Çinin hakimiyyət orqanları Şansi vilayətindəki kömür mədənində baş verən çökmə nəticəsində dağıntılar altında qalmış 21 şaxtaçının həlak olduğunu bildiriblər.

VOİCEPRESS.AZ-ın xarici KİV-ə istinadən xəbərinə görə, Şenmu şəhəri hökumətinin saytında yerləşdirilən məlumata görə, qəza zamanı mədəndə 87 nəfər olub. Onlardan 66-sı yerin altından sağ-salamat çıxarılıb. Göstərilən bütün cəhdlərə baxmayaraq, 21 şaxtaçının həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, mədəndə qəza şənbə günü yerli vaxtla saat 18 radələrində baş vermişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here