Cəlilabadda eramızdan əvvələ aid daş kitabə tapılıb – FOTO

0
313875

Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində daş kitabə tapılıb.

VOİCEPRESS.AZ-ın verdiyi məlumata görə, tarixi tapıntı yerli tarixçi Elşad Əmənov tərəfindən aşkar edilib.

E.Əmənovun sözlərinə görə, bu kitabə təxminən eramızdan əvvəl I minilliyə aiddir. Həmçinin tarixçi bildirib ki, salnamədəki yazılar tariximizin ilk rəsmi yazı sistemi olan – Runik yazı sistemində yazılıb.

İndiyədək Cəlilabad rayonu ərazisində bu tapıntı da, daxil olmaqla 11 daş yazı nümunəsi aşkar edilib. Onlardan 9-u Runik hərflərlə yazılıb, digər ikisinin qrafiki hələ ki, müəyyən olunmayıb.

Tapıntı Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

Cəlilabadda eramızdan əvvələ aid daş kitabə tapılıb - FOTO

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here