Bakının iki küçəsində svetofor 3 fazalı vaxt rejimində təşkil ediləcək

0
314305

Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişmələrində aparılan təhlillərin nəticəsində hazırlanan layihənin icrası sayəsində kəsişmədə nəqliyyat sıxlığı azalıb və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib.

VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun qeyd edib ki, layihənin icrasından sonra aparılan müşahidələr nəticəsində uzunluq növbəsinin azaldığı müəyyən edilib:

“Həsənoğlu küçəsinin Heydər Əliyev prospektindən Təbriz küçəsi istiqamətində pik saatlarda nəqliyyat növbəsinin uzunluğu 396 metrdən 58 metrə, Fətəli xan Xoyski küçəsindən Təbriz küçəsi istiqamətində isə 493 metrdən 102 metrə qədər azalıb”.

Qeyd edək ki, Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə sola dönən nəqliyyat vasitələri üçün əlavə hərəkət zolaqları təşkil edilib. Gələcəkdə yol ayrıcında hərəkətin təhlükəsizliyinin daha da artırılması məqsədi ilə svetoforun 3 fazalı vaxt rejimində təşkili də nəzərdə tutulub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here