Bakıda gənc oğlan intihara cəhd etdi – YENİLƏNİB

0
313790

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.

VOİCEPRESS.AZ FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

*** 22:01

Bakının Nizami rayonu ərazisində gənc oğlan intihara cəhd edib.

VOİCEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, gənc oğlan “Neftçilər” metrostansiyası yaxınlığında “McDonald’s”ın da yerləşdiyi binanın damına çıxaraq özünü aşağı atmaq istəyir.

Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here