Amerika Dövlətləri Təşkilatı Maduronun yeni prezidentlik müddətini tanımayıb

0
314699

Amerika Dövlətləri Təşkilatı (ADT) Nikolas Maduronun Venesuelada yeni prezidentlik müddətini tanımayıb.

VOICEPRESS.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir.

“ADT-nin Daimi Şurası 19 səs lehinə, 6 əleyhinə, 8-i bitərəf olmaqla və birinin iştirakı olmadan keçirilən səsvermədə 10 yanvar 2019-cu il tarixindən başlayan Nikolas Maduro rejimi dövrünün legitimliyini tanımadığını razılaşdırıb”, – deyə məlumatda bildirilir.

Daha əvvəl Paraqvay Venesuela ilə diplomatik ələqələri kəsdiyini bəyan edib.

VOICEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here