Alimlər ilk dəfə ulduzun qara dəliyə çevrildiyi anı müşahidə etdi

385116

Alimlər bəlkə də ilk dəfə olaraq ulduzun qara dəliyə çevrildiyi anı müşahidə ediblər. VOICEPRESS.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika Astronomiya Cəmiyyətinin Sietl (Vaşinqton ştat) şəhərində keçirilən konfransında məlumat verilib. Hadisənin özü 200 milyon il əvvəl baş verib, lakin güclü partlayışın “işıq siqnalı” planetimizə ötən il çatıb: görüntü 2018-ci ilin iyun ayında qeydə alınıb.

Ulduzun kəskin işıq saçaraq böyük miqdarda enerjini buraxması ilə müşahidə olunan hadisə “AT2018cow” adlandırılıb. Hadisənin adında göstərilən bu hərf yığını kompüter tərəfindən yaradılıb və heç bir məna daşımır. Lakin sondakı “cow” ingilis dilindən tərcümədə “inək” deməkdir. Ona görə də məlum hadisə geniş elmi ictimaiyyət tərəfindən qısa olaraq “Cow” (“İnək”) adlandırılıb.

Astronomlar əmindirlər ki “Cow” alimlərin ilk dəfə müşahidə etdikləri qara dəliyin yaranma hadisəsi ola bilər. “National Geographic” jurnalı tədqiqat qrupunun rəhbəri Rafaella Marquttinin “Bunu biz uzun illərdir görmək istəyirdik” fikrini sitat gətirib. Tədqiqat qrupunun fikrincə, qara dəlik yaşı az, çox isti və parlaq ulduzun partlayışı nəticəsində yaranıb.

VOICEPRESS.AZ

Əvvəlki məqalə“Sarı jiletlilər”in aksiyasına 32 min insan qatıldı
Növbəti məqalədəAzərbaycan basketbolçuları üsyan etdilər

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin