Yunanıstanın neft-qaz şirkətinin rəhbəri Prezident İlham Əliyevi təbrik edib

0
314073

Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannis və xanımı Marianna Vardinoyannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

VOİCEPRESS.AZ-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Sizə həyatın ən gözəl nemətləri olan möhkəm cansağlığı, tükənməz enerji, rifah və xoşbəxtlik diləyirik.

Qoy Tanrı Sizi və doğmalarınızı qorusun! Ölkənizin və bəşəriyyətin rifahı və inkişafı naminə bütün nəcib arzularınızın həyata keçməsini arzu edirik”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here