Xüsusi təyinatlılar Xankəndinə yeridildi

25 Dekabr, 20:33

Ermənistanda sosial şəbəkələrdə yer alan xəbərlərdə Xankəndini yenidən etiraz dalğasının bürüdüyü bildirilir. VOİCEPRESS.AZ xəbər verir ki, artıq bir neçə gündür şəhərin mərkəzi küçələrində müxtəlif təbəqələrdən olan əhalinin iştirakı ilə mitinqlər, etiraz aksiyaları və yürüşlər keçirilir.

Rəsmi İrəvan müxtəlif bəhanələrlə xüsusi təyinatlı dəstələri Xankəndiyə göndərsə də, görülən tədbirlər Ermənistan ictimaiyyətindən gizlədilir.

Xəbərlərdə qeyd edilir ki, görünür, Nikol Paşinyan İrəvanda nail olduğu məqsədinə burada da çatmaq və “Qarabağ klanı”nı hakimiyyətdən birdəfəlik uzaqlaşdırmaq fikrindədir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here