Xanhüseyn Kazımlı: “Bütün bu insani keyfiyyətlərin, yüksək dəyərlərin var olduğu Azərbaycanın müəllifi dahi lider Heydər Əliyevdir”

12 Dekabr, 14:05

“Ulu Öndər Heydər Əliyev böyük siyasətin, böyük davamçısıdır”. VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Ulu Öndər Heydər Əliyevin” anım gününə həsr olunmuş tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azəbaycanın xarici ölkələrdən xoş sədaları gəlirsə, bu birmənalı olaraq ölməz lider Heydər Əliyevin böyük siyasi ideyasının Azərbaycan dövlətçiliyinə verdiyi böyük və danılmaz tövhədir:

“Azərbaycanın bu gün çiçəklənməsi, günü gündən abadlaşmasının özü belə Heydər Əliyev məktəbinin tövhəsidir. Bu gün Hər kəs Azərbycana gəlmək istəyir. Niyə? Çünki Azərbaycanda sabitlik və əminamanlıq var. Çünki Azərbaycanda tolerantlıq və multikultiral dəyərlərə xitab edən abu-hava hökm sürür. Çünki Azərbaycanda hər kəsin hüquqları bərabərdir. Bütün bu insani keyfiyyətlərin, yüksək dəyərlərin var olduğu Azərbaycanın müəllifi dahi lider Heydər Əliyevdir. Hesab edirəm ki, bu gün sabitliyin və əminamanlığın mövcud olduğu bir Azərbaycanda yaşadığımız üçün hər birimiz böyük liderin qoyub getdiyi məktəbin layiqli davamçıları olmalıyıq. Bunun üçün biz birləşməliyik, vahid yumruq kimi Heydər Əliyev məktəbinin müqəddəs məqsədinə milli mənəvi dəyərlərimiz naminə xidmət etməliyik”.

Ülkər Fərmanqızı
VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here