Ukraynanın Azərbaycandakı səfiri geri çağırıldı

27 Dekabr, 21:30

Ukraynanın Azərbaycandakı səfiri geri çağırılıb. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko sərəncam imzalayıb.

Fərmanda qeyd olunur: “Aleksandr Mişenko Pavloviç Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, Aleksandr Mişenko həmin vəzifəyə 24 fevral 2011-ci il tarixində təyin olunub. Daha öncə o, Ukraynanın Türkiyə və Avstraliyadakı səfiri vəzifələrini tutub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here