Ukraynada Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə poçt markası hazırlandı

22 Dekabr, 13:05

Ukraynada İkinci Dünya Müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, səfirlik tərəfindən hazırlanan 2 növ poçt markasında Mehdi Hüseynzadənin təsviri yer alıb. Sayı 2000 ədəd olan poçt markaları artıq dövriyyəyə buraxılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Ukraynada Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə poçt markası hazırlandı

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here