“Türkiyə bu məsələnin üstündən keçməyəcək” – Mövlud Çavuşoğlu

0
314036

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı bizim tərəfimizdən aparılan istintaqın şəffaf və etibarlı olduğunu qəti şəkildə bildirib”. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Səudiyyə Ərəbistanının apardığı istintaqdan xəbərsizdir: “Ər-Riyadın apardığı istinaqda əldə edilənlərlə bağlı bizim məlumatımız yoxdur. O istintaq da şəffaf və etibarlı olmalıdır. Türkiyə bu məsələnin üstündən keçməyəcək və sonuna qədər üzərinə gedəcək”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here