Sumqayıtda intihara cəhdin qarşısı alındı

0
314137

Sumqayıt şəhərində bir nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyib. VOİCEPRESS.AZ Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here