İspaniya La Liqasının oyunlarında istifadə edilən topun ölçüsü kiçildilib

0
314410

Futbol üzrə İspaniya La Liqasının oyunlarında istifadə edilən topun ölçüsü kiçildilib.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, topların ölçüsü 58-61 sm-dək azaldılacaq.

Qərar yanvarın 6-da qüvvəyə minəcək. Bu dəyişiklik İspaniyanın kişi və qadın futbolunda keçiriləcək bütün rəsmi yarışlara şamil olunacaq.

Qeyd edək ki, FIFA-nın mövcud standartlarına əsasən, futbol topunun dairəvi ölçüsü 68-70 sm olmalıdır. RFEF bu qərarı qəbul edərkən sorğuda iştirak edən bütün qapıçıların fikirlərini nəzərə alıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here