Silahlı aksiyaçılar həbs edildi – sayları AÇIQLANDI

0
313725

Fransada “sarı jiletlilər”in şənbə günü keçirdiyi etiraz aksiyasında saxlanılanların sayı 1726 nəfərə çatıb.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kristofer Kastaner bildirib.

O, bildirib ki, aksiyanın 1220 iştirakçısı həbs edilib. Polisin saxladığı aksiyaçıların böyük hissəsi Parisin payına düşür. Rəsmi açıqlamaya görə, burada 1150 nəfər saxlanılıb. Onlardan 619 nəfəri həbs edilib.

Saxlanılanların çoxunda silah aşkarlanıb. Lakin onların vəkilləri bildirib ki, müdafiə etdikləri şəxslər baş verənlərə qəti şəkildə etirazlarını bildirmək istəyiblər, onlar zorakılıqdan istifadə etməyiblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here