Səudiyyə Ərəbistanının yeni səfiri Bakıya gəldi

0
314296

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunan səfiri Hamad Abdulla Xudayiri qəbul edib.

Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Görüş zamanı ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluğunu ifadə edən tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini, o cümlədən biznes forumların keçirilməsinin vacibliyini vurğulayıblar.

Habelə tərəflər enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Səfir Hamad Abdulla Xudayir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

VOICEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here