Madrid “Real”ı klublararası dünya çempionatının qalibi olub.
VOİCEPRESS.AZ xəbər verir ki, turnirin finalında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu ilə qarşılaşan “Real” matçdan 4:1 hesabı ilə qalib ayrılıb.
İspaniya təmsilçisi bununla da 4-cü dəfə klublararası dünya çempionatını qazanaraq yeni rekorda imza atıb. “Real” 2014, 2016 və 2017-ci illərdə də həmin titula yiyələnib.
“Real” – “Əl-Əyn” – 4:1
Qollar: Modriç, 14 (1:0), Llorente, 60 (2:0), Ramos, 79 (3:0), Şiotani, 86 (3:1), Nader, 90-avtoqol (4:1)
VOİCEPRESS.AZ