İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan ostanındakı Çabahar şəhərində terror aktı törədilib.
VOİCEPRESS.AZ İran KİV-inə istinadən xəbər verir ki, hadisə şəhərin Polis İdarəsinin yaxınlığında baş verib.
Terrorçu-kamikadze partlayıçı quraşdırılan avtomobili Polis İdarəsinin yaxınlığında partladıb. Nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.
Şahidlər partlayış ərazisindən atışma səslərinin eşidildiyini bildirirlər.
VOİCEPRESS.AZ







