VOİCEPRESS.AZ xəbər verir ki, tədbirdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DİAM-ın sədri Zaur Mirzəzadə çıxış edərək hər il ənənəvi olaraq reallaşan təqdimat mərasimi haqqında məlumat verib. Deyib ki, bu mükafat respublikamızın həyatında aktiv fəaliyyət göstərən müvafiq sahənin nümayəndələrinə təqdim edilir.
Qeyd edib ki, budəfəki sorğu, anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİM-in koordinatorları tərəfindən respondentlər arasında aparılıb. Sosial şəbəkələrdə aparılan sorğulara əsasən qaliblər müəyyən olunub.
Son 20 ildə ölkəmizdə həyatın bütün sahələrində qazanılan inkişafdan söz açan Z.Mirzəzadə söyləyib ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.
“Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycanın inkişafı naminə hər kəs əlindən gələni etməli, ölkəmizin qüdrətinin daha da artmasına çalışmalı, inkişafa yönələn siyasi kursa dəstək verməlidir. Cəmiyyətimizdə bu sahədə aktiv olan çoxsaylı gənclərimiz var, ümid edirəm ki, onlar dövlətimizin çiçəklənməsinə səy göstərərək uğurlu siyasi strategiyaya töhfələr verəcək”, – deyə Z.Mirzəzadə vurğulayıb.
Sonra “Qızıl Buta” milli mükafatı sahiblərinə təqdim edilib.
VOİCEPRESS.AZ