Qənirə Paşayeva Heydər Əliyevdən YAZDI – FOTO

0
313875

Qənirə Paşayeva,
Milli Məclisin deputatı

Bu gün Ümumimilli Liderimiz Heydər Əliyevin vəfatından 15 il keçir. İllər keçsə də zaman və dünya dəyişsə də qəlbimizdəki yeri heç bir zaman dəyişməyəcək dəyərli İnsan, xalqı üçün böyük işlər görmüş böyük Lider, dünya tarixinə adını yazmış Şəxsiyyət, jurnalistlərin sevimli dostu, əziz Heydər Əliyev. Sadəcə dostların arabir göndərdiyi keçmiş fotolar xatırlatmır bizə sizi, ölkəmizdə baxdığımız hər uğur xatırladır və biz sizi heç unutmadıq. ABŞ-də gərgin qrafikinizə və xəstə olmanıza ramən təxminən 2 saat mənə zaman ayırmanızı,etdyiniz söhbətləri, dəyərli məsləhətrlərinizin bir cümləsini belə unutmadım. Azərbaycan üçün misilsiz böyük xidmətlərin müəllifi olan böyük Şəxsiyyətə nur içində yatın deyirik. Mənim kimi minlərlə gənc insanın həyatında da böyük rol oynayan, əziz ölkəmiz Azərbaycana xidmətin böyük bir şərəf olduğunu aşılayan dəyərli İnsanı hər zaman sevgi və sayğı ilə xatırlayacağıq.Könüllərdə yaşayanlar ölmürlər. Onlar əslində hər zaman aramızdadırlar və inşallah Azərbaycan onun da arzuladığı kimi daha da güclənəcək və dünyada səsimiz daha da güclü duyulacaq. Xalqımız sizi hər zaman sevgi və sayğl ilə anacaq. Nur içində yatın.

Qənirə Paşayeva Heydər Əliyevdən YAZDI - FOTO

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here