Bu gün Qazaxıstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Müstəqillik gününün 27-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. VOİCEPRESS.AZ xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bildirib ki, iki ölkə arasında münasibətlər daim inkişaf edir: “Azərbaycanı və Qazaxıstanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlıq mövcuddur. Qarşılıqlı səylər bundan sonra da münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiləcək”.
Diplomat əlavə edib ki, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ münaqişəsində Azərbaycana daim dəstək verir.
VOİCEPRESS.AZ