Parisin müdafiəsinə 8 min polis cəlb edildi

0
314306

Sabah Parisdə növbəti etiraz aksiyası keçiriləcək. VOİCEPRESS.AZ xəbər verir ki, artıq təhlükəsizliyin təmini üçün meydana çıxarılacaq polis əməkdaşlarının sayı barədə də məlumat açıqlanıb.

Paris Polis İdarəsinin rəisi Mişel Delpuech RTL radiosuna verdiyi açıqlamada bildirib ki, “sarı jiletli”lərin ölkə daxilində keçirəcəyi mitinqdə 8 min polis iştirak edəcək.

Polis rəisi ən pis vəziyyətə qarşı hazırlaşdıqlarını və buna görə təhlükəsizlik tədbirləri aldıqlarını bildirib.

Onun sözlərinə görə, keçən həftə keçirilən aksiyada təhlükəsizlik baxımından yaxşı hazırlaşmalarına baxmayaraq, bəzi xoşagəlməz hadisələr baş verib, hazırda bunların təkrarlanmaması üçün işlər görürlər.

M. Delpuech sabah Parisi 8 min polis ilə 14 zirehli maşının qoruyacağını, ölkə daxilində keçən həftəki kimi təhlükəsizlik tədbirlərinin oxşarının tətbiq olunacağını deyib: “Keçən aksiyada ölkə daxilində 89 min polis iş başında idi. Parisi isə 8 min polis qoruyurdu”.

Qeyd edək ki, Fransada yanacağın qiymətinin artması və iqtisadi şəraitin pisləşməsinə reaksiya olaraq 17 noyabrdan başlayan, daha sonra Makron rəhbərliyinə qarşı qəzəbə çevrilən “sarı jiletli”lərin aksiyaları ölkədə son illərin ən şiddətli etirazı halına gəlib. Aksiyalarda indiyə qədər 4 nəfər həyatını itirib, 4 099 nəfər saxlanılıb, mindən çox adam isə yaralanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here