Parisdə “sarı jiletli”lərin etirazı başladı – FOTOLAR

8 Dekabr, 13:29

Fransanın paytaxtı Paris şəhərində etiraz aksiyaları davam edir.

VOİCEPRESS.AZ bildirir ki, Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, etirazlar başlamazdan əvvəl səhər saatlarında 228-dən çox etirazçı saxlanılıb.

Polisin məlumatına görə, etirazçılar qrup halında zorakılıq tətbiq etmək və ya ziyan vurmaq fəaliyyətinə hazırlaşmaqda ittiham edilərək tutulub.

Bildirilib ki, saxlanılarkən 34 nəfərin üzərində maska və çəkic aşkar edilib.

Bununla yanaşı, “sarı jiletli”lərin etiraz aksiyası başlayıb.

Aksiya iştirakçıları “Qələbə”, “Ulduz” meydanları və Yelisey çölü istiqamətində hərəkət edir.

Qeyd edək ki, noyabrın 17-dən Fransada avtomobil yanacaqlarının qiymətlərinin bahalaşacağına qarşı etiraz aksiyası keçirilir.

Parisdə “sarı jiletli”lərin etirazı başladı - FOTOLAR

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here