Parisdə həyat durdu – 700 nəfər saxlanıldı

8 Dekabr, 19:00

Fransa paytaxtı Parisdə yanacaq vergisinin artırılmasına etiraz edən “Sarı jiletli”lərin aksiyaçı davam edir. VOİCEPRESS.AZ xarici KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar prezident sarayını mühasirəyə almaq istəyərkən, polis onlara mane olub və gözyaşardıcı qazdan istifadə edib.

Nəticəsdə aksiyaçılarla polis arasında toqquşma olub.

Artıq 700-dən çox adamın saxlandığı bildirilir. Aksiyalarda 3-ü polis olmaqla 30 nəfər xəsarət alıb.

İctimai asaişi qorumaq üçün Parisin küçələrinə 8 minədək polis çıxarılıb ki, bu əvvəlki günlərlə müqaisədə xeyli çoxdur.

Ümumilikdə isə ölkə boyu asaişin qorunmasına 89 min polis əməkdaşı cəlb edilib.

Parisdə “Eyfel” qülləsi, Luvr və digər muzeylər, gur ticarət mərkəzləri bağlanıb.

Həmçinin prezident sarayının giriş-çıxışları möhkəmləndirilib, parlament binasının ətrafında isə zirehli maşınlar yerləşdirilib.

Parisdə həyat durdu - 700 nəfər saxlanıldı

“Sarı jiletli”aksiyaçılar artıq bir neçə həftədir ki, dizel yanacağına verginin artırılmasına etiraz olaraq kütləvi aksiyalar keçirirlər.

Hökumət sonda bu addımdan çəkinsə də, ölkə boyu nümayişlər davam edir.

Onlar ümumilikdə prezident Emmanuel Makronun iqtisadi siyasətinə qarşı çıxır, vergilərin azaldılması və maaşların qaldırılması da daxil olmaqla indi yeni tələblər irəli sürürlər.

Ötən həftə Parisdə keçirilən aksiya zamanı mağazalar qarət edilmiş, onlarla avtomobil yandırılmışdı.

Hakimiyyət xəbərdarlıq edib ki, radikal sağçı və solçu qüvvələr etirazları başqa səmtə yönəltməyə cəhd göstərirlər.

Daxili işlər naziri Laurent Lunez televiziyalarla çıxışında ölkəboyu aksiyalara 31 min nəfərin qoşulduğunu bəyan edib. Amma qeyri-rəsmi məlumatlarda aksiyalarda iştirak edənlərin daha çox olduğu vurğulanır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here