Orta məktəbdən şagirdlər arasındakı bıçaqlanma ilə bağlı AÇIQLAMA

0
313825

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 182 nömrəli tam orta məktəb bu təhsil müəssisəsində şagirdlər arasında davanın baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

VOİCEPRESS.AZ xəbər verir ki, məktəbdən Trend-ə bildirildiyinə görə, bəzi saytlarda məktəbin ətrafında yeniyetmələrin münaqişəsi kimi qeyd olunan hadisənin məktəblə heç bir əlaqəsi yoxdur:

“Sözügedən yeniyetmələrin heç biri məktəbli deyil”.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda, 182 saylı orta məktəbin yaxınlığında baş verib. Rayon sakinləri, 2002-ci il təvəllüdlü V.Nəcəfəliyev 2001-ci il təvəllüdlü S.Məmmədkərimovla mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə V.Nəcəfəliyev S.Məmmədkərimovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla Bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsini 126.1-ci(qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here