Dekabrın 16-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın yeni seçilmiş Prezidenti xanım Salome Zurabişvilinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkənin Telavi şəhərinə səfər edəcək.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, qrupun üzvü, deputat Hikmət Məmmədov və digər rəsmi şəxslər daxildir.
Parlamentin sədri inauqurasiya mərasimində ölkənin yeni seçilmiş Prezidentini təbrik edəcək, ona gələcək fəaliyyətində uğurlar arzulayacaq.
Səfər dekabrın 17-də başa çatacaq.
VOİCEPRESS.AZ