Nyu York şəhərini tərk edənlərin sayı son illər sürətlə artır. VOİCEPRESS.AZ xəbər verir ki, şəhəri əsasən orta təbəqədən olan şəxslər tərk edir.
“Nyu York Post”da dərc olunan məqalədə bildirilir ki, hər gün orta hesabla 100 nəfər şəhəri tərk edir.
“Şokedici insan axını”nın vergilərin artırılması, yaşayış xərclərinin artması, aşağı əmək haqqı və s. səbəblər nəticəsində baş verdiyi deyilir.
Həmçinin yazıda qeyd edilir ki, hətta 1930-cu illərdə “Böyük depressiya” vaxtı belə bu cür miqrasiya olmayıb.
VOİCEPRESS.AZ