Nikol Paşinyan rəqiblərini parlamentə buraxmadı – Ermənstanda seçkilərin nəticələri ELAN OLUNDU

10 Dekabr, 08:30

Ermənistan Mərkəzi Seçki Komissiyası dekabrın 10-u səhər saat 07.30-dək ölkəboyu 2010 seçki məntəqəsindən daxil olmuş səsvermə bülletenlərinin 100%-ni hesabalyaıb.

Modern.az saytı “News.am”a istinadən xəbər verir ki, 9 dekabr tarixində keçirilmiş erkən parlament seçkilərinin nəticələrinə görə, hazırkı baş nazir səlahiyyətlərinin icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku 70.43 faizlə (884456 səs) qalib gəlib.

Seçkilərdə ikinci yeri 8.27 faizlə (103824 səs) “Çiçəklənən Ermənistan” partiyası tutub.

“İşıqlı Ermənistan” partiyası isə səslərin 6.37 faizini (80024 səs) toplamaqla üçüncü olub. Qeyd edək ki, hər iki partiya Nikol Paşinyanın müttəfiqidir.

Siyasi qüvvələrin qalan hissəsi parlamentin 7-ci çağırışına tələb olunan baryeri aşa bilməyib.

Beləliklə, qarşıdakı 5 illiyə seçilən yeni parlamentdə yalnız Nikol Paşinyanın seçki bloku və onun “məxməri inqilab”dakı müttəfiqləri yer alacaqlar.

Ancaq Konstitusiyaya görə, parlament yerlərinin 1/3-i müxalifət deputatlarının olmalıdır. Bu səbəbdən də “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarının parlamentdə özlərini konstruktiv müxalifət elan edəcəklərini gözləmək lazımdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here