Nepalda yük maşını uçuruma yuvarlanıb, ölənlər və yaralananlar var

0
314130

Nepalda onlarla insanın ölməsi və xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Nepalın mərkəzi hissəsində qeydə alınıb. Yük maşınının uçuruma yuvarlanması nəticəsində azı 18 nəfər həlak olub.

Qəza zamanı daha 16 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı yük maşınında 40-45 nəfər olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here