İndoneziyada fəlakət: 62 nəfər öldü

23 Dekabr, 11:02

İndoneziyada sunami nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərə qarşı Mübarizə üzrə Milli Agentliyinin rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə əsasən, daha 20 nəfər itkin düşüb və 584 sakin isə xəsarət alıb.

Sunami 430-a yaxın evə və mehmanxanaya zərər vurub.

Qeyd edək ki, daha əvvəl ölənlərin 43 nəfər olduğu bildirilirdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here