VOİCEPRESS.AZ xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə əlavə və dəyişiklilərin mahiyyəti ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev sözügedən dəyişiklikərin əsas istiqamətlərinə həsr olunan təqdimatla çıxış edib.
Bildirib ki, dəyişikliklər əsasən 5 istiqaməti əhatə edir: sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliyinin yüksəldilməsi. Təqdimatda bu istiqamətlərin hər biri üzrə əsas dəyişikliklərin mahiyyəti barədə məlumat verilib.
VOİCEPRESS.AZ