Görüşdə Gürcüstanın təhlükəsizliyi, müdafiəsinin artırılması, demokratiyası və dövlət institutları ilə bağlı islahatları müsbət qiymətləndirilib. David Zalkaliani ifadəsində Gürcüstanın ittifaqın üzvü olması üçün bütün praktiki vasitələrə sahib olduğunu və NATO sammitinin qərarının həyata keçirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə NATO-nun baş katibi ilə həm ikitərəfli, həm də çoxtərəfli aparılan görüşdə əsas məsələlərdən biri Gürcüstanın işğal altında olan regionlarındakı mövcud şərait və Rusiya federasiyasının bu regionlardakı aqressiyası olub.
NATO-nun baş katibi Stoltenberq fikrini bu cür ifadə edib: “Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməli və öz qoşunlarını Gürcüstanın bu regionlarından çıxartmalıdır. Rusiyanın aqressiv hərəkətlərinə cavab olaraq NATO axırıncı illər ərzində Qara dəniz regionunda öz fəaliyyətini daha da artırıb. Biz Gürcüstanı NATO-nun üzvlüyünə hazırlamaq üçün birgə işimizi davam etdirməyimiz barəsində razılığa gəldik. Gürcüstanın islahatlar yolunda əldə etdiyi tərəqqi bizim tərəfimizdən çox yaxşı qarşılanıb. NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Biz güclü siyasi və praktiki dəstəyimizi həm Gürcüstana həm də Ukraynaya göstərəcəyik. Hər iki dövlətin Avro-Atlantikaya can atması ittifaqın üzvləri tərəfindən tədqiq olunur. Hələ iyul sammitində ittifaqın üzvü olan ölkə liderləri NATO – Gürcüstan komissiyasının deklarasiyasını qəbul etmişdi. Onlar bir daha Gürcüstanın NATO-nun üzvlüyünə dair gedən hazırlıq prosesində möhkəm dəstək nümayiş etdirdilər. NATO Gürcüstan və Ukrayna ilə tərəfdaş olacağına görə fəxr edir”.
VOİCEPRESS.AZ